دوشنبه 25 تیر 1403

14 August 2023

Yaponiyanın yerli müsəlmanları 50 ildən sonra Tokioda ilk məscidlərinə qovuşdu

Yaponiyanın yerli müsəlmanları 50 ildən sonra Tokioda ilk məscidlərinə qovuşdu


Yaponiyanın paytaxtı Tokioda keçən ilin sonunda yeni məscidin açılışı olub.

Dəyərlər saytının Golosislama saytına istinadən verdiyi xəbərə görə, İslam Mərkəzinin binası paytaxtın Xiqaşi-Qotanda rayonunun Şinaqava Vard küçəsində yerləşir.

Bu məscid ölkədəki miqrantlar tərəfindən deyil, Yaponiya Müsəlmanları Cəmiyyətinin üzvü olan yerli yaponiyalı müsəlmanlar tərəfindən açılıb.

Yaponiya Müsəlmanları Cəmiyyətinin ölkə miqyası üzrə 500 üzvü var, ancaq paytaxtda cəmiyyətin üzvlərinin sayı 50 nəfərdən çoxdur.

Mərkəzin açılmasında məqsəd ilk növbədə İslamın çağırışlarını yerli yaponlara onların başa düşəcəkləri bir dildə və yaxın mədəni tərzdə çatdırmaqdan ibarətdir.

Yaponiya Müsəlmanları Cəmiyyəti 2003-cü ildə məscidin inşası üçün xeyriyyə aksiyası təşkil etmişdir. Aksiyada toplanmış 2.3 milyon dollara inşa olunan məscid 50 ildən sonra yaponiyalı müsəlmanların paytaxtdakı ilk məscid xüsusiyyətini daşıyır.