چهارشنبه 9 اسفند 1402

14 August 2023

Dərbəndin Nyuqdi şəhərində geniş əzadarlıq məclisi keçirilib

Dərbəndin Nyuqdi şəhərində geniş əzadarlıq məclisi keçirilib


Həzrət Fatimənin (s) şəhadəti ildönümü münasibətilə Dərbəndin Nyuqdi şəhərində geniş əzadarlıq məclisi keçirilib. Məclisdə məntəqənin tanınmış ruhanisi Hacı Surxay Dərbəndi mövizə etmişdir. O, söhbətində Həzrət Zəhranın (ə) fəzilətlərindən söz açmış, ibadəti, kəraməti, səxavəti, iffəti, elmi, sədaqəti, şəfqət və mərhəmətinin ən ail şəkildə bir ilahi nümunə olmasına təkid etmişdir.

Məclisdə Əhli-sünnə nemayəndələri də iştirak etmişdir. Onlar da Aləmlərinin Xanımının (s) mənəvi əzəmətini vurğulamışdır. Məclisdə geniş əzadarlıq edilmiş, ehsan süfrəsi açılmışdır.