یکشنبه 27 خرداد 1403

14 August 2023

Almaniyada İRKAZ-ın idarə heyəti Xocalı soyqrımı münasibətilə tədbirdə fəal iştirak edib

Almaniyada İRKAZ-ın idarə heyəti Xocalı soyqrımı münasibətilə tədbirdə fəal iştirak edib


Almaniyada “İRKAZ” - Beynəlxalq Din və Mədəniyyət Elmi Mərzəkinin idarə heyəti Mirbagir Agayev ve Elxan Kərimli Xocalı soyqrımı münasibəti ilə, Köln şəhərində keçirilən tədbirdə fəal iştirak etmişdir. Bu haqda redaksiyamıza məlumat verən, İRKAZ-ın sədri PhD. Dr. Tofiq Əsədov qedy etmişdir ki, mitinq zamanı erməni cəlladlarının vəhşiliyi, amansızlığı haqda cəmiyyətin maarifləndirilməsi yönündə şüarlar səsləndirilmişdir. İştirakçılar Almaniyada fəaliyyət göstərən beynəlxalq hüquq və hümanizm müdafiyəçiləri təşkilatlarına, dövlət rəsmlərinə müraciət ünvanlayaraq onları hələ də davam edən erməni təcavüzü və işğalı qarşısında biganə qalmamağa çağırmışdır.

Xatırladırıq ki, “İRKAZ” - Beynəlxalq Din və Mədəniyyət Elmi Mərzəki 9.12.2016-cı ildə Almaniyada rəsmi olaraq fəaliyyətə başlayıbdır.

Qeyd edək ki, “İRKAZ”, Beynəlxalq Din və Mədəniyyət Elmi Mərzəki   hal-hazırda Almaniyanın Köln şəhərində yerləşir. Mərkəz mənəvi-insani dəyərlərin qorunması, dinlərin dialoqunu əsas götürərək, beynəlxalq səviyyədə sülh, əmin-amanlıq, qardaşlıq, şəfqət və humanizm kimi dəyərlərə xidmət etməyi qarşısına məqsəd qoymuşdur.