چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

Gürcüstanda GMQİ Hz. Fatimənin (s) şəhadəti ilə əlaqədar əza məclisi keçirdilər

Gürcüstanda GMQİ Hz. Fatimənin (s) şəhadəti ilə əlaqədar əza məclisi keçirdilər


“BGMİ”nin nəzdində fəaliyyət göstərən “Gürcüstan müsəlman qadınlar icması” Gürcüstanın bir neçə rayon və kəndlərində mərasimlər keçirməsi planlaşdırılıb.

Rustavi şəhərində və Tbilisi - Poniçala Əhlibeyt məscidində Qadınlar İcmasının üzvləri “Əhlibeyt” məscidində fəaliyyət göstərən dindar xanımlarla birgə İslam Peyğəmbərinin qızı Hz.Fatimənin (s.ə) şəhadət günü münasibəti ilə əza məclisi keçirdilər. Hz. Fatimənin (s.ə) əzadarlıq məclisində “GMQİ”nin üzvləri və bu məntəqə sakini olan xanımların iştirak etdiyi mərasimdə ilk öncə Lalə Süleymanova Qurani-Kərimdən ayələr oxudu. Sonra məclisin aparıcısı Şəlalə Məmmədova çıxış üçün sözü GMQİnin idarə heyətinin üzvlərinə verdi. Əza məclisində çıxış edən Sevda Səfərova, Zəhra Məmmədova, Sevinc Məmmədova və Yeganə Hüseynova Peyğəmbər (s) qızı imamətin anası Hz.Fatimənin (s.ə) fəzilətləri, ləqəbləri, üstün cəhətləri barəsində danışdılar. Əhlibeyt məscidinin tələbələri Hz. Fatimənin (s.ə) şəhadəti barəsində şeirlər, mərsiyyələr və hədislər oxudular. Məclis Rahid Kərimovun Hz.Fatimə(s.ə) haqqında söhbəti ilə davam edərək Seyyid Rəhmanın Hz.Fatimənin (s.ə) dünyadan getməsi barəsində oxuduğu mərsiyyə və rozələrlə sona çatdı. Mərasimdən sonra ehsan süfrəsi açıldı.