شنبه 25 فروردین 1403

14 August 2023

İspaniya məhkəməsi hicaba görə işdən qovulan xanımın xeyrinə qərar çıxardı

İspaniya məhkəməsi hicaba görə işdən qovulan xanımın xeyrinə qərar çıxardı


İspaniya məhkəməsi hicaba görə işindən azad edilən hava limanı əməkdaşının xeyrinə qərar verərək, şirkəti cəzalandırıb.

Dəyərlər saytı Diariodemallorca saytına istinadən xəbər verir ki, İspaniyanın Palma şəhərinin məhkəməsində hicab geydiyinə görə, işindən qovulan İspaniya vətəndaşı 40 yaşlı Ana Saidi Rodriqezin işinə baxılıb. Hakim iş yerində hicab qadağası tətbiq edən "Acciona" şirkətini məhkəməyə verən Ana Saidi Rodriqezin iddiasını təmin  edib.

Məhkəmə şirkətin tətbiq etdiyi qadağanın dünyəvilik və obyektivlik prinsiplərinə zidd olduğunu, İspaniya konstitusiyasında "vətəndaşların din azadlığı hüququnu" pozduğunu bildirib.

Aeroportda yer xidmətləri sahəsində işləyən Rodriqez hicab geyinməyi qərarı aldıqdan sonra, işə götürən tərəfindən aprel və iyul ayları arasında 5 dəfə maaşının kəsilməsi sanksiyasına məruz qalmışdı və işdən çıxarmışdı. Məhkəmə Rodriqezin dərhal işinə bərpa edilməsi ilə bağlı qərar verib və şirkəti 4491 avro pul cəriməsi ilə cəzalandırıb. Şirkət, həmçinin kədərlənən və stress keçirən əməkdaşına, 7892 avro mənəvi təzminat ödəyəcək.

Bu prosesin Avropada son dövrlərdə tez-tez müzakirə mövzusu olan "hicablı işləmək azadlığı" ilə bağlı nümunə sayılacağı bildirilir.