جمعه 31 فروردین 1403

14 August 2023

Kazimeyn İmamlarının (ə) hərəmi qara bayraqlara büründü

Kazimeyn İmamlarının (ə) hərəmi qara bayraqlara büründü


Kazimeyn İmamlarının (ə) hərəmlərində Həzrət Fatimeyi-Zəhranın (s.ə) müsibətli şəhadəti münasibətilə matəm hazırlıqlarına başlanılıb.

Dəyərlər saytı Aljawadain-ə istinadən xəbər verir ki, İraqın Kazimeyn şəhərindəki İmam Museyi-Kazım (ə) və İmam Məhəmməd Cavadın (ə) mütəhhər hərəmlərində Əyyami Fatimənin (s.ə) yaxınlaşması münasibətilə hərəmin bütün minarələri, sütunlu dəhlizləri və meydanlarına qara parçalara yazılmış dualar və şüarların yerləşdirilməsinə başlanılıb.

Hərəm rəhbərliyi zəvvarların bu matəm günlərində gəlişinin çoxalacağını nəzərə alaraq, geniş matəm tədbirlərinə hazırlıqlar görür.