جمعه 31 فروردین 1403

14 August 2023

Cakartada İslam müzeyi qurulacaq

Cakartada İslam müzeyi qurulacaq


Cakartada bu il İslam mədəniyyətini əks etdirəcək bir müzey inşa olunacaq.

Dəyərlər saytı İQNA-ya istinadən xəbər verir ki, Cakarta Post qəzetinin xəbərinə əsasən, Cakarta İslam müzeyi və Fransada Luvr İslam İncəsənəti Muzeyinin əməkdaşlığı ilə qurulacaq.

Cakarta İslam Mərkəzində İslam Araşdırma və İnkişaf Etdirmə Mərkəzinin sədri Əhməd Şəvdəri açıqlamasında, bu müzeyin Cakartada İslam mədəniyyətinin inkişafının bir təzahürü olacağını bildirib. O, müzeydə İndoneziyada İslamın inkişafının fotoşəkillərinin təqdim olunacağını deyib.

"Biz bu layihədə Luvr İslam İncəsənəti Muzeyi ilə əməkdaşlıq etməyi qərarlaşdırdıq. Çünki onlar muzey rəhbərliyində çox təcrübəlidir", - deyə o bildirib.

Şəvdəri Cakarta İslam Muzeyinin bu ilin sonuna qədər şəhərin şimalında inşa olunacağını deyib.