شنبه 25 فروردین 1403

14 August 2023

Məşhəd-2017 İslam mədəniyyəti paytaxtı çərçivəsində, Qurani-Kərim ilə ünsiyyət mərasimi keçirildi

Məşhəd-2017 İslam mədəniyyəti paytaxtı çərçivəsində, Qurani-Kərim ilə ünsiyyət mərasimi keçirildi


Məşhəd-2017 İslam mədəniyyəti paytaxtı tədbirləri çərçivəsində beynəlxalq qonaqların iştirakı ilə Qüds Rəzəvi ostanında Qurani-Kərim ilə ünsiyyət mərasimi keçirilmişdir.

Astan News xəbər verir ki, mərasim yanvarın 23-də yerli vaxtla saat 18:00-da arasında Qüds Rəzəvi ostanının rəsmiləri, beynəlxalq qonaqlar, Quran Cəmiyyəti və Qüds Rəzəvi ostanı ətrafında yaşayan xalq və zəvvarların iştirakı ilə hərəmin Darül Mərhamə sütunlu zalında keçirilmişdir.

Mənəvi mərasimdə beynəlxalq Qurani-Kərim qarisi Seyyid Məhəmməd Cavad Hüseyni və yeniyetmə qari Seyyid Həmzə Musəvi, Qurani Kərimdən ayələr tilavət etmişdir. Mərasimin davamında Fədəki Zəhra məddahlar qrupu səhnədə çıxış ediblər. Bundan sonra beynəlxalq Qurani-Kərim qarisi Mina faciəsinin şəhidi Hacı Möhsün Hacı Həsəni Kargerin plakatı nümayiş etdirilib və sonra Məşhəd-2017 qonaqlarına həsr olunmuş qədim Qurani Kərim nüsxəsi sərgi olunmuşdur.

Bu təntənəli mərasimdə, həmçinin İmam Rzanın (ə) əhli-sünnə yanındakı mövqeyi ilə bağlı bir kitab Qüds Rəzəvi ostanı tərəfindən dəvət edilən qonaqlara hədiyyə edilmişdir.

Məşhəd-2017 İslam dünyasının mədəniyyət paytaxtı tədbirinin açılışı yanvarın 24-də Qüds Rəzəvi ostanının Qüds salonunda keçiriləcək. Xəbər dəyərlər saytına istinad edilir.