دوشنبه 28 خرداد 1403

14 August 2023

Meysəm Təmmarın xurma ağacı dizaynı ilə bəzənmiş zərihi hazırlandı

Meysəm Təmmarın xurma ağacı dizaynı ilə bəzənmiş zərihi hazırlandı


İranın İsfahan şəhərində İmam Əlinin (ə) layiqli səhabələrindən Meysəm Təmmarın Kufə şəhərindəki qəbrinin yeni zərihinin işləri yekunlaşıb və zərih Kufə şəhərinə göndərilib.

Dəyərlər saytı ABNA-ya istinadən xəbər verir ki, höccətül-İslam Şeyx Xəlifə Cövhər mətbuata açıqlamasında, Meysəm Təmmarın qəbrinin yeni zərihinin açılış mərasiminin Həzrət Zeynəbin (s.ə) mübarək mövludu gününə təsadüf edəcəyini bildirib. O, hazırda zərihin quraşdırılması işlərinin aparıldığını bildirib. Meysəm Təmmarın yeni zərihinin dizaynında rəmzi palma ağacından istifadə olunmuşdur.