شنبه 25 فروردین 1403

14 August 2023

İrlandiyanın Voterford Texnologiya İnstitutunda "Beynəlxalq hicab günü"ndə tələbələr hicab geyinəcək

İrlandiyanın Voterford Texnologiya İnstitutunda "Beynəlxalq hicab günü"ndə tələbələr hicab geyinəcək


İrlandiyada Voterford Texnologiya İnstitutu 1 fevral, "Beynəlxalq hicab günü"ndə müsəlman qadınların geyim forması haqqında bir sıra mədəni tədbirlər keçirəcəyini açıqlayıb.

Dəyərlər saytı İrish Examiner-ə istinadən xəbər verir ki, VTİ-nin dini araşdırma və teologiya qrupunun təşkilatçılığı ilə keçiriləcək "Beynəlxalq hicab günü" tədbirinə dəvət olunan qonaqlar, müsəlman qadınlar kimi bir gün hicablı olmağa cəhd edəcəklər. Tanınmış müsəlman qadınların çıxış edəcəyi tədbirdə, hicabın bağlama üsulları kimi xüsusi proqramlar da olacaq.

İslam haqqında apardığı araşdırmalarıyla tanınan Kolet Kolfer belə bir açıqlama verib: "Bəzi müsəlman olmayan tələbələrimiz fevralın 1-də hicab geyinəcək".

"Beynəlxalq hicab günü" müsəlman qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması məqsədiylə 2013-cü ildə amerikalı müsəlman xanım Nazma Xan tərəfindən elan edilib.