Həcc və Ümrə Nazirliyi zəvvarların hüquqlarının qorunması üzrə məcəllə qəbul edib.
Ahlibeyt.az Strateq.az-a istinadla xəbər verir ki, sənəd nazirliyin rəsmi saytında yerlşdirilib. Məcəlləyə əsasən, zəvvarların şikayətlərinin qəbulu üzrə əlaqə mərkəzi yaradılacaq.
Nazirlikdən bildirilib ki, xarici zəvvarların hüquqlarının gözlənilməsi üçün monitorinqlər keçiriləcək. Yaşayış yeri, qidalanma və nəqliyyat üzrə şikayət və qeydlərə xüsusi komitədə baxılacaq. Bu kimi xidmətlərdə keyfiyyətsizlik nümayiş etdirən şirkətlərin lisenziyaları ləğv ediləcək, ya da cərimələnəcəklər.
Bundan başqa, Həcc və Ümrə Nazirliyi şikayətçi zəvvarların təmsilçisi kimi məhkəmələrdə onların hüquqlarını müdafiə edəcək.