شنبه 25 فروردین 1403

14 August 2023

Hz. Məsumənin (s) hərəmini ziyarət edənlərin sayı ötən illə müqayisədə 53 faiz artıb

Hz. Məsumənin (s) hərəmini ziyarət edənlərin sayı ötən illə müqayisədə 53 faiz artıb


Dünyanın müxtəlif ölkələrindən 900 ziyarət karvanı Qumda Həzrət Məsumənin (s) hərəmini ziyarət edib. Bunu Həzrət Məsumənin (s) hərəminin beynəlxalq işlər üzrə idarənin rəhbəri Serəyya Ərdikani deyib. 

Maidəaz xəbər verir ki, S.Ərdikani deyib ki, ötən ilin mart ayından dekabr ayına kimi əksəriyyəti Avropa ölkələrindən olan 17 min əcnəbi turist Həzrət Məsumənin (s) hərəminin beynəlxalq işlər üzrə idarəsinin xidmətlərindən istifadə edib. “Əcnəbi məsihi turistlərlə sual-cavab toplantıları və dəyirmi masalar təşkil olunb. Onların sualları cavablandırılıb”. 

S.Ərdikani deyib ki, cari ildə Həzrət Məsumənin (s) hərəmini ziyarət edənlərin sayı ötən illə müqayisədə 53 faiz artıb. “72 000 nəfər əcnəbi zəvvar idarənin xidmətindən istifadə edib. Zəvvarlar əsasən ərəb, urdu və azərbaycan dilli zəvvarlar olub. Əlbəttə bu rəqəm idarənin xidmətindən istifadə edən zəvvarların statistikasına aiddir. Həzrət Məsumənin (s) hərəmini ziyarət edən əcnəbi zəvvarların sayı qat-qat çoxdur”.  

S.Ərdikani deyib ki, digər ölkələrdən gələn zəvvarlar üçün Ramazan ayında Quran təfsiri dərsləri təşkil olunur. Onlar üçün Həzrət Məsumənin (s) hərəmi haqqında 10 dildə CD hazırlanıb. Onlara İslam dini maarifi ilə yaxından tanış olmaları məqsədilə müxtəlif dillərdə çap olunmuş kitablar hədiyyə olunur.