شنبه 6 مرداد 1403

14 August 2023

DQIDK sədri: “Xristian dünyasında radikal təriqət və qruplar var.”

DQIDK sədri: “Xristian dünyasında radikal təriqət və qruplar var.”


“Report” xəbər veri ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

O, həmçinin deyib: “Azərbaycanda yalnız milli, irqi, dini, məzhəblərarası ədavət, qarşıdurma salan, bunun üçün vəsait sərf edən, məscidlərə gedib orada təbliğat aparanlara qarşı mübarizə aparılır.”

Onun sözlərinə görə, xristian dünyasında da radikal təriqət və qruplar var: “Tarixdə həmin qruplar tərəfindən törədilən kifayət qədər terror aktları var. Xristian aləmi də bu cür radikal qruplara qarşı mübarizə aparır.”

Komitə sədri bildirib: “Bizim qanunlarda dindən sui-istifadə edənlərə, məzhəblərarası, dinlərarası qarşıdurma yaratmaq istəyənlərə, zərərli təbliğat aparanlara, din adı altında yaradılmış dini radikal, ekstremist qruplara qarşı mübarizə aparılır. Həmin qrupların bir çoxu bütövlükdə islam dünyası üçün dost olmayan ölkələr və qüvvələr tərəfindən idarə olunur.”

M.Qurbanlı vurğulayıb ki, "İslam Həmrəyliyi ili" çərçivəsində islam ölkələri ilə birlikdə radikal qruplara, terror təşkilatlarına qarşı vahid sistem hazırlanmalıdır. Çünki bu cür qruplar islamı daxildən məhv edir, geri aparır və gözdən salır.