دوشنبه 25 تیر 1403

14 August 2023

Kərbəlada uşaq teatrı üzrə beynəlxalq müsabiqə keçiriləcək

Kərbəlada uşaq teatrı üzrə beynəlxalq müsabiqə keçiriləcək


Kərbəlada uşaq teatrı üzrə III beynəlxalq müsabiqə və konfrans keçiriləcək. 

Maide.Az xəbər verir ki, beynəlxalq müsabiqə və konfrans uşaqların İmam Hüseynin (ə) dəyərləri ilə tərbiyələndirilməsi məqsədi ilə mart ayının 1-də Kərbəla şəhərində keçiriləcək.  

İmam Hüseyn (ə) ziyarətgahının uşaq məsələləri üzrə məsul işçisi Məhəmməd Həsənavi deyib ki, bu müsabiqə və konfransda iştirak etmək istəyən uşaq teatr qruplarını dəvət edirik və onlar konfransda iştirak etmək üçün şərtlərlə tanış olmaq üçün rəsmi sayta müraciət edə bilər.

Onun sözlərinə görə, konfransa qatılacaq uşaq teatr qrupları İmam Hüseyn (ə) hərəkatı, bu hərəkatın mədəni, ictimai, əxlaqi və tərbiyəvi təsiri mövzüsunda 25-35 dəqiqəlik səhnə hazırlamalı və onu videoya çəkərək müsabiqəyə göndərməlidir. 

M. Həsənavi deyib ki, konfransa qatılmaq istəyən teatr qrupları fevral ayının 1-dək qeydiyyat blankını doldurmalı və öz işlərinə dair CD-i ilə birlikdə  göndərməlidir. “Diqqət edilməlidir ki, bizim konfrans və müsabiqəyə göndəriləcək səhnələşdirilmiş əsərlər digər müsabiqələrdə iştirak etməmiş olsun”.

Onun sözlərinə görə, uşaq teatrı üzrə beynəlxalq konfransın keçirildiyi günlərdə qonaqların yerləşdirilməsi və digər xərcləri İmam Hüseyn (ə) ziyarətgahının üzərində olacaq. 

Qaliblərə İmam Hüseynin (ə) ziyarətgahı tərəfindən hədiyyələr veriləcək.