سه شنبه 8 اسفند 1402

14 August 2023

Kazimeyn şəhərində terror aktının qarşısı alınıb

Kazimeyn şəhərində terror aktının qarşısı alınıb


Kazimeyn şəhərində terror aktı həyata keçirmək istəyən 3 intiharçı zərərsizləşdirilib

İraqın təhlükəsizlik qüvvələri Kazimeyn şəhərində intihar hücumları həyata keçirmək istəyən 3 intiharçı terrorçunu zərərsizləşdiriblər.

Ahlibeyt.az-ın Deyerler.org-a istinadən məlumatına görə, İraqın təhlükəsizlik qüvvələri əvvəlcədən əldə olunmuş kəşfiyyat məlumatları əsasında keçirdikləri əməliyyatı uğurla yekunlaşdırıblar. İraqın Terrorla Mübarizə İdarəsinin mətbuat xidmətindən verilən məlumata əsasən, içərisində 3 intiharçı terrorçu olan maşın Bağdadın şimalındakı Tərmiyə rayonunda partladılıb.

Təhlükəsizlik qüvvələrinin uğurla həyata keçirdikləri əməliyyat nəticəsində, Kazimiyyə şəhərində planlaşdırılmış terror hücumunun qarşısı alınıb.