İmam Rzanın (ə) hərəmində kasıb və kimsəsiz olan 55 gəncin nikah mərasimi keçirildi. Dəyərlər saytı Astan News-a istinadən xəbər verir ki, 55 cütlüyün bütün nikah xərcini Qüds Rəzəvi ostanı üzərinə götürüb. İranın parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasısnın sədri Alaəddin Brucerdinin ilə yanaşı, digər hökumət rəsmiləri və din alimləri mərasimdə şahidlik ediblər. Nigah duasının cəmlə oxunmasından sonra, Əhli-Beyt (ə) məddahları yenicə nikaha daxil olan cütlükləri təbrik etmək üçün gözəl surudlar və ilahilər oxuyublar.
Mərasimdə çıxış edən alimlər və natiqlər yeni qurulan ailələrə Quran və Əhli-Beytə (ə) əsaslanaraq, nəsihətlərini ediblər.