دوشنبه 28 خرداد 1403

14 August 2023

İsveçrədə müsəlmanlar Hz. İsanın (ə) mövludu münasibətilə parlamentarilərə qızılgül payladı

İsveçrədə müsəlmanlar Hz. İsanın (ə) mövludu münasibətilə parlamentarilərə qızılgül payladı


İsveçrənin Əhli-Beyt (ə) Cəmiyyəti Həzrət Məhəmməd (s) və Həzrət İsanın (ə) mövludları münasibətilə parlamentarilərə qızılgül payladı

İsveçrədəki Əhli-Beyt (ə) Cəmiyyəti ölkə parlamentindəki bütün 129 deputatı və siyasi partiya sədrlərini Həzrət Məhəmmədin (s) və Həzrət İsanın (ə) mövludları münasibətilə təbrik ediblər.

ABNA-ya istinadən xəbər verilir ki, Əhli-Beyt (ə) Cəmiyyətinin üzvləri hər bir parlamentariyə Həzrət Məhəmmədin (s) və Həzrət İsanın (ə) mövludları münasibətilə təbriklər qeyd olunan açıqçalar və qızılgüllər hədiyyə ediblər.

Hökumət təmçsilçiləri müsəlman təşkilatının bu addımını müsbət qarşılayaraq, bu kimi addımların təşviq edilməsini dinlərarası münasibətlərin yaxşılaşmasına səbəb olacağını qeyd ediblər. Bu haqda dəyərlər saytı yazıb.