Bütün Gürcüstan Müsəlmanları İdarəsindən aldığımız məlumata görə, Ayətullahül-üzma Seyid Əli Xameneinin “Fiqh Risaləsi” çap edilib. Bu dəyərli elmi-fiqhi əsərin çapı İran İslam Respublikasının Gürcüstandakı Nümayəndəliyi və BGMİ-nin əməkdaşlığı ilə baş tutub. Qeyd edək ki, BGMİ-nin sədri Hacı Ramin İgidov, “Fiqh Risaləsi”-nin Android variantının da hazırlanması üçün işlərin getdiyini demişdi. Belə ki, electron versiya hazır olduğu zaman dəyərli möminlər telefon vasitəsilə də, ondan istifadə edə biləcəklər.
Ayətullahül-üzma Seyid Əli Xameneinin hökmlərindən ibarət bu əsərin Bakıda da çap olması nəzərdə tutulub.