چهارشنبه 9 اسفند 1402

14 August 2023

Rusiyada müsəlman telekanalı yaradılır

Rusiyada müsəlman telekanalı yaradılır


Rusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir.

Ahlibeytaz saytının Trend-ə istinadən verdiyi məlumata görə, Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur.

O qeyd edib ki, telekanalda Rusiyada yaşayan müsəlman xalqlarının mədəniyyəti, adət-ənənəsindən bəhs olunacaq.

R.Abbasovun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir, danışıqlar gedir.

Telekanalın gələcəkdə ingilis və ərəb dillərində yayımlanacağı istisna olunmur.