جمعه 31 فروردین 1403

14 August 2023

İmam Əlinin (ə) hərəmi mövlud gününə açılışa hazırlanır

İmam Əlinin (ə) hərəmi mövlud gününə açılışa hazırlanır


Həzrəti Rəsullalahın (s) mübarək mövludu münasibətilə Nəcəfül-Əşrəfdəki İmam Əlinin (ə) pak hərəmində təmir-bərpa və təmizlik işləri sürətlə davam etdirilir.

Dəyərlər saytı xəbər veri ki, rəbiyəl-əvvəl ayının 17-də əziz İslam peyğəmbəri həzrəti Məhəmmədin (s) mübarək mövludu günü İmam (ə) Əlinin pak hərəminin qızılı günbəzinin təntənəli sürətdə açılışı keçiriləcək. Məhz bunun üçün hərəmdəki təmir-bərpa və təmizlik işləri sürətləndirilib. Artıq hərəmin qızılı günbəzinə Nadir şahın hədiyyə etdiyi qızılı tac yerinə bərkidilib. Eyni zamanda, hərəmin əsas giriş qapılarının üstünə "Salam olsun sənə, ey möminlərini əmiri" və Salam olsun sənə, ey müttəqilərin imamı" yazılı lövhələr yerləşdirilib.

Bundan başqa hərəmin daxilində aparılan təmizlik işlərilə yanaşı günbəzlərinin üstünün də yuyulması və təmizlənməsi işləri həyata keçirilib.

Qeyd edək ki, bundan əvvəl İmam Əlinin (ə) pak hərimində Həzrətin qəbrinin yerləşdiyi zərihin bəzi hissələrinin yenilənməsi işləri həyata keçirilmişdir. Hərəmin baş katibi Seyid Nizar Haşimin başçılığıyla mühəndis texniki şöbənin kadrları, qəbrin gümüş çərçivələrinin üzərinə quraşdırılmış taxtadan olan bütün ətraf hissələri bərpaedilmiş və yeniləmişdir. 1938-ci ildə (h.q. 1360) qurulan zərihin 70 il ərzində müxtəlif səbəblərlə zədələnmiş hissələri, xüsusilə də keçən əsrin 90-c illərinin əvvələrində keçmiş rejimin bombardmanına məruz qalmış taxta, gümüş və qızıl hissələri yenilənmişdir.