شنبه 5 اسفند 1402

14 August 2023

Britaniyada avtobuslarda Rəsulallahın (s) bəşəriyyət üçün sülh, sevgi mesajları

Britaniyada avtobuslarda Rəsulallahın (s) bəşəriyyət üçün sülh, sevgi mesajları


Britaniyada avtobuslarda Rəsulallahın (s) bəşəriyyət üçün sülh, sevgi və ümid mesajları yerləşdiriləcək

Britaniya müsəlmanları İslam təqviminin ən bərəkətli aylarından olan Rəbiyəl-əvvəl ayının daxil olması münasibətilə dekabrın 5-dən etibarən 4 həftə davam edəcək "Ümummilli avtobus kampaniyası"na başlayacaq.

Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, kampaniya çərçivəsində Böyük Britaniya üzrə 128 avtobusda bəşəriyyət üçün sülh və xoşməramlı mesajlar yerləşdiriləcək. Britaniyanın cənub sahilindən Qlazqoya kimi, bütün ictimai nəqliyyat avtobuslarında insanlığa xitab olunan eyni mesajlar yerləşdiriləcək.

"Ey insanlar dünyaya sülhü yayaq və acları yedirdək" başlığı ilə keçiriləcək aksiyanın bir hissəsidir. Təşkilatçılar Həzrəti Rəsullallahın (s) mövludunun da olduğu bu ayda, İslam peyğəmbərindən (s) mühüm mesajları Böyük Britaniya cəmiyyətinə çatdırmağı hədəfə alıb. Kampaniyanın mövludla bağlı hissəsi 17 dekabr tarixinə kimi davam edəcək. Kampaniya çərçivəsində bəşəriyyətin sülh, sevgi və ümid mesajı verən peyğəmbərinin adına gül və şirniyyat da paylanılacaq. Kampaniyanın könüllüləri bu tədbirləri Böyük Britaniyanın 125 məntəqəsində keçirməyi hədəfləyib. Bundan başqa bu tədbirlərin ABŞ, Kanada, Trinidad və Tobaqo, Qviana, Avstraliya və Qərbi Avropanın bir çox yerlərində keçirilməsi nəzərdə tutulub.