شنبه 6 مرداد 1403

14 August 2023

Los Anceles məscidinin sünni imamı göz yaşları ilə İmam Hüseynin (ə) hərəmini ziyarət etdi

Los Anceles məscidinin sünni imamı göz yaşları ilə İmam Hüseynin (ə) hərəmini ziyarət etdi


ABŞ-ın Los Anceles şəhərində yerləşən məscidin sünni imamı, din xadimi Muhəmməd Əkbər Xan İmam Hüseynin (ə) Kərbəla şəhərindəki pak hərəmini ziyarət edib.

Muhəmməd Əkbər Xan səfəri ilə bağlı mətbuata açıqlamasında, İslam düşmənlərinin müxtəlif yollardan dinə qarşı hücumları müqabilində müsəlmanların birləşmələrinin vacib olduğunu vurğulayıb.

Xanın ziyarəti Böyük Britaniyadan böyük bir deleqasiyanın, eləcə də Malayziya ordusunun sabiq komandiri Medh Edhmi, İnternational Business Times qəzetinin jurnalisti Kollin Baten, Britaniyanın Ramazan Fondunun rəhbəri Şeyx Məhəmməd Umarın İmam Hüseynin (ə) hərəmini ziyarət etmələri ilə eyni vaxta təsadüf edib. Xəbər dəyərlər saytına istinad edilir.