دوشنبه 28 خرداد 1403

14 August 2023

Ərbəin ziyarətində olan Azərbaycanlılar vətənə qayıdıblar

Ərbəin ziyarətində olan Azərbaycanlılar vətənə qayıdıblar


Ərbəin ziyarətin milyonların eşq səfəri olaraq, səbir, qardaşlıq, qayğı, səxavət, birlik, əmin-amanlıq, cəsarət və sevgi kimi ali əxlaqi səciyyələrin nümayişidir. Bu səfər Həzrət İmam Hüseyn (ə) eşqinə milyonların birlikdə anlaşması və bir-birilərilə həmrəyliyidir. İslamın yüksək səviyyəli əxlari göstərişlərinə riayət etmək deməkdir. Əhli-beytə (ə) izhar olunan məhəbbətdir. Məzlumların qayğısını çəkmək, onlara təskinlik vermək və bacardığımız qədər əl tutmaqdır.

Belə ali dərəcəli insani-ilahi duyğulara daim dəyər verən xalqımız da bu əxlaqi vəhdət və birliyin bir parçası olaraq, bu il də, Ərbəin ziyarətində böyük ühtişamla iştirak etdi. Tanınmış ruhanilər, alimlərin müşayət etdiyi səfər karvanları Kərbəla, Nəcəf, Samirra və sair müqəddəs məkanlarda oldu. Artıq zəvvarlarımız dogma vətənə dönmüşlər. Allah ziyarətlərinizi qəbul etsin. Amin!