یکشنبه 27 خرداد 1403

14 August 2023

Rusiyanın B. Bredixin məntəqəsində Həzrət Məhəmmədin (s) vəfatı münasibətilə mərasim keçirilib

Rusiyanın B. Bredixin məntəqəsində Həzrət Məhəmmədin (s) vəfatı münasibətilə mərasim keçirilib


Hər il Rusiyada yaşayan müsəlmanlar Aləmlərə Rəhmət Həzrət Məhəmmədin (s) vəfatı münasibətil əzəmətli anım mərasimləri keçirirlər. Bu il də, Rusiyanın müxtəlif bölgələrində belə mərasimlər təşkil edilmişdir. Xüsusilə də, Rusiyanın B. Bredixin məntəqəsində Həzrət Məhəmmədin (s) vəfatı münasibətilə keçirilən mərasimləri qeyd etmək olar. Mərasimdə dəyərli alim və ruhanilər iştirak etmişdir. Höccətül-islam Kərbəlayi Ruhid və Höccətül-islam Hacı Vəfadar mərasimdə söhbət etmiş, Peyğəmbərimizin (s) əzəmətindən, ülgü əxlaqından söhbət açmışdır. Ardınca, mərasim əzadarlıq, növhə və mərsiyələrlə davam etmiş, ehsanlar olunmuşdur.