İraq təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, İraqda Nasiriyyə şəhərinin qərbində Fədək bölgəsində Kərbəla ziyarətindən qayıdan zəvvarları daşıyan mikroavtobus aşıb, 4 nəfər həlak olub, 14 nəfər yaralanıb. Yaralılardan 6 nəfəri qadındır. Yaralılar xəstəxanaya çatdırılıb və onlardan bəzisinin vəziyyəti ağırdır. Mikroavtobusun sərnişinlərinin iranlı zəvvar olduğu bildirilir. (iqna)