دوشنبه 25 تیر 1403

14 August 2023

Yanacaq doldurma məntəqəsində partlayış olub

Yanacaq doldurma məntəqəsində partlayış olub


Yanacaqdoldurma məntəqəsində partlayış, Ərbəin ziyarətindən qayıdan 70-dən çox zəvvar şəhid oldu

İndiyədək İraqda baş vermiş partlayışda 71 nəfər şəhid olub ki, onlardan 24 nəfəri iranlıdır.

Maideaz  Tasnim xəbər agentliyinə istinadən bildirir ki, bunu Iranın Təcili Tibi Yardım Stansiyasının sədri və Ərbəin Qərargahının Səhiyyə və Müalicə Komitəsinin sədri  Pirhüseyn Kulivənd deyib.

P.Kulivənd  deyib ki,  şəhid olmuş zəvvarlar arasında İranda yaşayan bir neçə Əfqanıstan vətəndaşıda var.  

Onun sözlərinə görə, yaralananlar dan  30 nəfəri iranlı zəvvarlardır. İranın Fars agentliyi şəhid olan zəvvarların sayının 80 nəfər çatdığını bildirir.  Şəhid olanlar arasında İran, İraq, Əfqanıstan, Pakistan və  Bəhreyndən olan zəvvarlardır.  Hadisə zamanı  yanacaqdoldurma məntəqəsində 7 avtobus olub.