چهارشنبه 9 اسفند 1402

14 August 2023

Qum şəhərində Həzrət Məsumənin (s) hərəmində əza məclisi

Qum şəhərində Həzrət Məsumənin (s) hərəmində əza məclisi


Həzrət Rüqəyyənin şəhadət axşamı bu münasibətlə Qum şəhərində Xanım Məsumənin (s) pak hərəmində möhtəşəm əza mərasimi təşkil edilib. Geniş kütləni əhatə edən yaşıl rəngli simvolik süfrə açılıb. Süfrənin kənarında kiçik qızlar Həzrət Rüqəyyəni təmsilən əyləşib. Bayraqlar dalğalanıb. Süfrənin kənarı boyunca qırmızı çıraqlar və şamlar düzülüb. Mərasimdə Həzrət Rüqəyyənin şəhadətini və çəkdiyi müsibətləri canlandıran səhnəcik nümayiş etdirilib. Çoxsaylı ehtişamlı kütlə tərəfindən əzadarlıq edilərək o həzrətə matəm saxlanılıb.