Məşhəd şəhərində Həzrət İmam Rzanın (ə) müqəddəs hərəmində “İmam Hüseynin (ə) südəmər körpələri” adlı geniş izdihama malik əza mərasimi keçirilmişdir. Bu mərasimlər, hər il Məhərrəm ayının birinci cüməsində dünyanın müxtəlif nöqtələrində keçirilir. Belə mərasimlərdə analar öz laylaları ilə Həzrət Əli Əsğərin (ə) anası Həzrəti Rübabın kədərinə şərik olurlar.