دوشنبه 25 تیر 1403

14 August 2023

GMİ Kərbəla müsibəti mövzusunda rəsm müsabiqəsi elan edib

GMİ Kərbəla müsibəti mövzusunda rəsm müsabiqəsi elan edib


Gürcüstan Müsəlmanları İdarəsi Kərbəla müsibəti mövzusunda rəsm yarışması elan edib.
Məhərrəm ayında keçirilən rəsm yarışmasının mövzusu “Aşura vaqiəsi” və “Kərbəla qiyamı”dır.
Böyüklər və eyni zamanda az yaşlılar üçün keçirilən yarışda rəsmlər А4 (albom vərəqi) və А3 formatlarında qələm və ya fırça ilə istənilən üslubda qəbul edilir.
Ən yaxşı rəsm işlərinin seçilməsi zamanı əsas meyarlar bunlar olacaq: mövzunun açılması, kreativlik (yaradıcılıq qabiliyyəti) və rəsmin pozitivliyi.
Rəsmləri 01.10.2016 il tarixindən 15.10.2016 il tarixinədək Tbilisi Cümə məscidinə göndərilməlidir.
Hər bir rəsmin arxasını imzalayıb (rəsm çəkənin adı, soyadı, yaşı, ünvanı və əlaqə üçün telefon nömrəsi qeyd edilməlidir.
Qaliblərin elan edilməsi və mükafatlandırılması 18 oktyabr üçün nəzərdə tutulub.
Qaliblərə notbuk, planşet, fotoaparat və əlavə mükafatların da təqdim edilməsi nəzərdə tutulub.