جمعه 7 اردیبهشت 1403

14 August 2023

“İRKAZ” Almaniyanın Bonn Universitetində “İslam Tanınmayan Din” adlı elmi seminar keçirilib

“İRKAZ” Almaniyanın Bonn Universitetində “İslam Tanınmayan Din” adlı elmi seminar keçirilib


Almaniyanın Bonn Universitetində İRKAZ Beynəlxalq Din və Mədəniyyət Elmi Mərkəzinin idarə heyətinin təşkilatçılığı ilə “İslam Tanınmayan Din” adlı elmi seminar keçirilib. Seminarda İRKAZ-ın idarə heyətinin üzvlərindən Seyid Mirbaqir Ağayev və Hacı Elxan Kərimli iştirak etmişdir. Seminar alman və ingilis dilində təqdim edilib. Seminarın icraçı təqdimatçısı, İRKAZ-ın qadın-ailə araşdırmaları departamentinin katibi Lalə Kərimli layihənin açılışını elan edərək, mövzu haqda geniş izah vermişdir. Ardınca təqdimatın müxtəlif hissələri iştirakçılara bəyan edilmişdir. İslam dini haqda xoş və gözəl təəssüratlar yaradan seminar iştirakçıların böyük marağına səbəb olmuşdur.

Xatırladırıq ki, “İRKAZ” - Beynəlxalq Din və Mədəniyyət Elmi Mərzəki 9.12.2016-cı ildə Almaniyada rəsmi olaraq fəaliyyətə başlayıbdır.

Qeyd edək ki, “İRKAZ”, Beynəlxalq Din və Mədəniyyət Elmi Mərzəki   hal-hazırda Almaniyanın Köln şəhərində yerləşir. Mərkəz mənəvi-insani dəyərlərin qorunması, dinlərin dialoqunu əsas götürərək, beynəlxalq səviyyədə sülh, əmin-amanlıq, qardaşlıq, şəfqət və humanizm kimi dəyərlərə xidmət etməyi qarşısına məqsəd qoymuşdur.