پنج شنبه 9 فروردین 1403

14 August 2023

Avstriyada Quran paylanmasının qadağan olunmasına etiraz edilir

Avstriyada Quran paylanmasının qadağan olunmasına etiraz edilir


Avstriyada Quran paylanması və  niqabı qadağan edən yeni qanunun qəbul olunması  müxtəlif qruplar o cümlədən müsəlmanların etirazına səbəb olub. 

 

 “Daily Sabah”-a istinadən madidə saytı xəbər verir ki,  Avstriya İslam Cəmiyyətinin sədri İbrahim Olğun  bildirib ki, bu kimi qanunun qəbulu  Avstriya üçün heç bir xeyir gətirməyəcək. “Belə qadağalar qəbul olunmazdır. Bu addım din və əqidə azadlığı ilə  ziddiyyət təşkil edir.” 

 

Həmçinin  Avstriya parlamentinin İnsan hüquqları  araşdırılması komissiyasının sədri Mustafa Yenaroğlu  hökumətin bu qanunu qəbul etməsini  məntiqə zidd adlandırıb. “ Problemlərin həqiqi həlli üçün təhsil və iş sahəsindəki ayrıseçkilik aradan qaldırılmalıdır.  İrqçilik yayan və insanları aldadan partiyalar cəmiyyəti öz sisyasi məqsədlərinə çatmaq üçün zəhərləyir və  sosial problemləri gizlədirlər.”

 

Avstriyada  təqribən əhalinin 7 faizini müsəlmanlar təkil edir . Bu ölkədə son aylarda  miqrantlara qarşı kampaniyalar düzənlənir və  bəzi  sağçı ifratçı partiyalar  islamofobiyanı geniş yayır. 

 

Avstriya parlamentinin qəbul etdiyi yeni qanun 2017-ci ilin oktyabr ayında qüvvəyə minəcək.  Qanuna görə, Quran satışı və niqab qadağan olunur. Qanunun tələblərini pozan şəxslər cərimələnəcək.