جمعه 31 فروردین 1403

14 August 2023

Avstriya istimai yerlərdə Qurani-Kərim paylanılmasını qadağan etdi

Avstriya istimai yerlərdə Qurani-Kərim paylanılmasını qadağan etdi


Avstriya Parlamenti ictimai yerlərdə çarşab (burka-niqab) geyilməsini və Qurani-Kərim paylanılmasını qadağan edən layihəni təsdiq edib.

 

Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, parlamentdə keçirilən səsvermədə Avstriya Sosial Demokrat Partiyasının​ (SPÖ) və Avstriya Xalq Partiyasının​ (ÖVP) deputatları qadağanı ehtiva edən inteqrasiya paketini qəbul edib.

 

Deutsche Welle-nin xəbərinə görə, qəbul olunan qərarla ictimai yerlərdə bütün bədəni və ya üzü tamamilə örtən paltarların geyinilməsi qadağan edilib.

 

Qadağanı pozanlara, oktyabr ayından etibarən qüvvəyə minmək şərtilə 150 avro pul cəriməsi nəzərdə tutulur. Həmçinin Qurani-Kərimin ictimai yerlərdə paylanılmasına da qadağa qoyulub.

 

Qanunda həmçinin qaçqın kimi müraciət edənlərə alman dili və inteqrasiya kursunu keçmək öhdəliyi tətbiq olunub. Sığınacaq üçün müraciət edənlər, həmçinin iş mühitinə daxil olmaq üçün verilən məsləhət təlimlərində iştirak etdilməsində məcbur olacaqlar. Bu kurslara getməkdən imtina edənlərə maliyyə yardımlarının kəsilməsi nəzərdə tutulur.