شنبه 8 اردیبهشت 1403

14 August 2023

İraq xristianlarının nümayəndə heyyəti Kərbəlada hərəmləri ziyarət etdi

İraq xristianlarının nümayəndə heyyəti Kərbəlada hərəmləri ziyarət etdi


İraqın paytaxtı Bağdadda yerləşən Müqəddəs Məryəm (s.ə) katolik kilsəsindən nümayəndə heyyəti Kərbəladakı İmam Hüseynin (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmlərini ziyarət edib.

İmamhussain saytına istinadən dəyərlər saytı xəbər verir ki, keşiş Martin Bani rəhbərlik etdiyi nümayəndə heyyətilə Kərbəla ziyarətinə gəlməsini bu cür qiymətləndirib: "Nəcəf, Kərbəla və Bağdaddan gələn gənclərin Pasxa bayramı münasibətilə bizi təbrik etmələrindən sonra, biz də bu müqəddəs ziyarətə gəlmək şərəfinə layiq olmaq istədik". Keşiş Kərbəla ziyarətinin bütün iraqlıların, o cümlədən xristianların eşq limanı olduğunu bildirib.