شنبه 1 اردیبهشت 1403

14 August 2023

Telanqana şatatında müsəlmanları sayı getdikcə artmaqdadır

Telanqana şatatında müsəlmanları sayı getdikcə artmaqdadır


Hindistanın 12-ci iri ştatlarından olan, ölkənin cənubunda yerləşən Telanqana şatatında müsəlmanları sayı getdikcə artmaqdadır.

 

 “Deccan Chronicle” saytına istinadən xəbər verilir ki, ötən on il ərzində Telanqana şatatında müsəlmanların sayı artaraq dörd milyon yarıma çatıb.  

 

Məlumata əsasən, 2017-ci ildə yayımlanan Telanqana sosial inkişaf hesabatına əsasən, bu ştatda yaşayan müsəlmanların yarısı Heydərabad bölgəsində yaşayır. 

Müsəlmanların sayının artması və hinduların sayının azalması məsələsi bəzi Hindistan rəsmilərini narahat edir.

  

Müsəlmanların sayı Hindistan 1947-ci ildə müstəqillik əldə etdiyi ildən indiyədək 10 faizdən 24 faizə qədər yüksəlib. Lakin hinduların sayı bu dövr ərzində 90 faizdən 76 faizə enib.

 

Statistikalara əsaəsn, müsəlmanlar Hindistanın 1 milyard 200 milyon nəfərlik əhalisinin 180 milyon nəfərini təşkil edir. Hindistan İndoneziya və Pakistandan sonra müsəlmanların sayına görə üçüncü ölkədir. Bu haqda maidə saytı yazıb.