جمعه 31 فروردین 1403

14 August 2023

Həzrət İmam Mehdinin (ə.f) məqamında möhtəşəm Nimeyi-Şəban gecəsi keçirildi

Həzrət İmam Mehdinin (ə.f) məqamında möhtəşəm Nimeyi-Şəban gecəsi keçirildi


Nimeyi-Şəban (şəban ayının 15-i) gecəsində Kərbəla şəhərinə gəlmiş milyonlar, Həzrət İmam Mehdi Sahibəz-Zamanın (ə.f) məqamında möhtəşəm mövlud ab-havası yaradıblar.

 

İmamali saytına istinadən dəyərlər saytı xəbər verir ki, Həzrət Əbülfəzl Abbasın (ə) Fərat çayından tuluğunu su ilə doldurduğu yerin yaxınlığında yerləşən Həzrət İmam Mehdinin (ə.f) məqamında Nimeyi-Şəban gecəsinə toplaşan milyonlar, bu gecənin bərəkətindən maksimum faydalanmağa çalışıblar. Quran oxumaq, dua etmək, tövbə diləməklə yanaşı, insanlar bu gecənin mövludunun sahibinin tez zuhur edib, dünyanı zülmətdən nura çıxartmasını Allahdan diləyiblər.