پنج شنبه 30 فروردین 1403

14 August 2023

Zimbabvedə ən çox yayılan din İslamdır

Zimbabvedə ən çox yayılan din İslamdır


Cənubi Afrikanın Zimbabve ölkəsində İslam dininin geniş yayıldığı bildirilib.

 

 İQNA-ya istinadən dəyərlər saytı xəbər verir ki, "Bulawaya" xəbər saytının verdiyi məlumata əsasən, Herare İslam Universitetinin ərəb qrupunun rəhbəri Şeyx Şaybu Əsalı Zimbabvedə İslamın inkişafının dinlərarası dialoq və Zimbabvenin 2013-cü ilin konstitusiyası nəticəsindəki sosial plüralizm səbəbilə olduğunu deyib.

 

Asali "Sandi Mail" jurnalına verdiyi müsahibəsində, Zibabvenin 15 milyonluq​ əhalisinin olduğunu və bu əhalinin təxminən 3%-ni müsəlmanların təşkil etdiyini söyləyib: "Hər halda, əhalidə müsəlmanların sayı çox olmasa da, Zibabve xalqının xristianlığa, ənənəvi Afrika dini inanclarına nəzərən bu say mühümdür.

 

Bizim dinimiz bir guşədə qalmışdır, amma son illərdə bu dəyişib. Ölkədə təhsilli gənclərin mövcudluğu ilə İslam dini sürətli bir şəkildə yayılır. İslamın yayılmasının digər bir səbəbi isə İslam mətnlərinin insanlar arasında daha əlçatımlı olmasıdır.

 

Bundan əlavə İslam ölkələrində təhsil almaq imkanının olması Zimbabve xalqının İslama meylinin daha çox artmasına səbəb olmuşdur".

 

Asalinin dediyinə görə, Zimbabvedəki 13 İslam ölkəsinin səfirliyi gənclərə öz ölkələrində təhsil almaq üçün təqaüd vermək niyyətindədir. "Zimbabvenin 2013-cü il konstitusiyası İslam etiqadının yayılmasını asanlaşdırdı. Bu qanun eyni zamanda xüsusilə kənd yerlərində rahat yaşamağımızı təmin etdi. Çünki lap əvvəllər bizi yadelli adlandırırdılar. İnternetdə bizim kifayət dərəcədə məlumata malik olmağımıza kömək etdi. İnternet insanlara İslam haqqında bilmək istədikləriniöyrənmək və araşdırmaq üçün fürsət verir".

Zimbabvenin paytaxtında müsəlmanlar üçün 20-dən artıq məscidin mövcud olduğu bildirilir.