جمعه 7 اردیبهشت 1403

14 August 2023

Belçikada xristialar müsəlmanlara dəstək verdi

Belçikada xristialar müsəlmanlara dəstək verdi


Belçikadakı Valonya bölgəsinin parlamenti dini üsullarla heyvan kəsiminə qadağan etməsi layihəsinə ölkədəki katolik kilsəsinin baş keşişi reaksiya verib.

 

Belçikadakı Roma katolik kilsəsinin baş katibi Cozef de Kesel tərəfindən verilən bəyanatda, Belçika rəsmilərinə insanların əsas dini azadlıqlarına əhəmiyyətsiz yanaşmamalarını istəyib.

 

Müsəlmanlar və yəhudilərin dini üsullara görə etdiyi kəsimlərin məhdud sayda heyvana təsir etdiyini bildirən Kesel, müzakirə olunan layihənin müsəlman və yəhudi vətəndaşların həyat tərzlərini və ərzaq istehlakına dair qaydaları hədəfə aldığını qeyd edib: "Heyvanların çəkdiyi ağrının minimuma endirilməsi lazım olduğunu biz də qəbul edirik. Ancaq yeyinti sənayesində rəsmilərin diqqət etməli olan gigiyena və dövlət sağlamlığına dair daha ciddi problemlər var".

Valonya Parlamenti Dairə Komissiyasında iki həftə əvvəl yekdilliklə qəbul edilən qərara əsasən, qoyun və mal-qara şoklanmadan kəsilməsi qadağan edilb.