logo logo
  • تاریخ انتشار:‌ 1396/02/25 - 12:00 ق.ظ
  • چاپ
Kazanda İƏT-ə üzv 50 ölkənin iştirakı ilə iqtisadi sammit keçiriləcək

Kazanda İƏT-ə üzv 50 ölkənin iştirakı ilə iqtisadi sammit keçiriləcək

Kazanda İƏT-ə üzv 50 ölkənin iştirakı ilə iqtisadi sammit keçiriləcək

Kazanda  İslam Əməkdaşlığı Təşkilatına üzv 50 ölkənin iştirakı ilə  iqtisadi sammit keçiriləcək. 

 

Mayın 18-20-də Kazan şəhərində (Tatarıstan, RF) Rusiya və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin IX beynəlxalq iqtisadi sammiti ("Kazansummit") keçiriəcək.

 

Beynəlxalq KİV-lərə istinadən maidə saytı xəbər verir ki, tədbirdə Rusiya Prezidenti Vladimir Putin, Baş nazir Dmitri Medvedev, Tatarıstan Prezidenti Rüstəm Minnixanov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya Bankının sədri Elvira Nabiulina, İƏT-in keçmiş baş katibi Ekmeleddin İhsanoğlu və digər şəxslərin çıxışı nəzərdə tutulub.

 

Tədbirdə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan 2000 nümayəndə, eləcə də 200 KİV təmsilçisi iştirak edəcək. 

 

Rusiya və İƏT ölkələrinin beynəlxalq iqtisadi sammiti 2009-cu ildən keçirilir, ticari-iqtisadi, elmi-texniki, sosial-mədəni əməkdaşlıq üçün əsas platforma sayılır. 

 

Sammit çərçivəsində “Russia Halal Expo” sərgisinin də Kazan şəhərində keçirilməsi planlaşdırılır.

 

مطالب مشابه