جمعه 7 اردیبهشت 1403

14 August 2023

Həzrət Sahibəz-zamanın (ə.f) mövludu münasibətilə Kərbəlada 1183 ədəd şam yandırıldı

Həzrət Sahibəz-zamanın (ə.f) mövludu münasibətilə Kərbəlada 1183 ədəd şam yandırıldı


Həzrət İmam Mehdi Sahibəz-Zamanın (ə.f) mübarək mövludu ərəfəsində Kərbəla şəhərində silsiləvi bayram tədbirlərinin keçirilməsinə start verilib.

Al-Kafeel saytına istinadən dəyərlər saytı xəbər verir ki, mövlud münasibətilə İmam Hüseynin (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmlərinin üzərində yandırılan rəngli işıqlar bayram mühitinə xüsusi bir ovqat qatıb.

Mütəhhər hərəmlərin təşkilatçılığı ilə 17-ci ildir qeyd olunan "Mehdi (ə.f) və Peyğəmbərin (s) mirası" adlı şairlər və məddahlar məclisində Həzrət İmam Mehdi Sahibəz-Zamanın (ə.f) adına 1183 ədəd şam yandırılıb. Daha sonra şairlər və məddahlar bir-birindən gözəl şeir və qəzəlləri ilə bayram iştirakçılarının könlünü oxşayıblar.