جمعه 7 اردیبهشت 1403

14 August 2023

Hollandiyadakı "Açıq məscid günü" müxtəlif inanclara mənsub insanları bir yerə topladı

Hollandiyadakı "Açıq məscid günü" müxtəlif inanclara mənsub insanları bir yerə topladı


Hollandiyada son vaxtlar müsəlmanlarla bağlı qərəzli düşüncələrin aradan qaldırılması məqsədi ilə Şiedam Ulduz Mərkəzinin (SYM) təşkil etdiyi "Açıq məscid günü" müxtəlif inanclara mənsub hollandiyalıları bir yerə toplayıb.

Anadolu-ya istinadən dəyərlər saytı xəbər verir ki, məscid sədri Zəkəriyyə Budaq məscidə baş çəkənlərə İslam və müsəlmanlar barədə məlumat verib.

SYM-nin bir müddət əvvəl İslam dinini qəbul etmiş koordinatoru Cefri Xavier Anadolu müxbirinə Açıq məscid günü aksiyası ilə bağlı müsahibə verib. O, aksiyanı hollandiyalılara İslamı başa salmaq və məsciddəki fəaliyyətlər haqqında məlumat vermək məqsədilə keçirdiklərini bildirib: "Məscidə gələn ziyarətçilərin hamısı günün sonunda müsbət reaksiya verdilər. Məscidə hamı gəlmək istədiklərini, amma bunu necə edəcəklərini bilmədiklərini qeyd etdilər. Onlara bu imkanı təqdim etdiyimiz üçün məmnun olduqlarını bildirdilər".