جمعه 31 فروردین 1403

14 August 2023

Misirli xəttat Səəd Məhəmməd 700 metrlik bir Qurani-Kərim hazırlayıb.

Misirli xəttat Səəd Məhəmməd 700 metrlik bir Qurani-Kərim hazırlayıb.


Misirli xəttat yazdığı 700 metrlik Qurani-Kərimlə Ginnes rekordlar kitabına düşməyə ümid edir

Misirli xəttat bunun dünyadakı ən böyük əl yazma Qurani-Kərim olduğunu deyir.

Saad Məhəmməd üç ilə başa çatdırdığı əsəri ilə Ginnes rekordlar kitabına düşməyə ümid edir. Ancaq Məhəmməd rekord üçün müraciəti etməyə pulunun olmadığını deyir və bu məsələdə kömək gözləyir.

Dəyərlər saytına istinadn edilən xəbərdə bildirilir ki, Səəd Məhəmməd Misirin paytaxtı Qahirənin şimalındakı Belkina qəsəbəsində yaşayır. İslam motivləri ilə bəzədiyi Qurani-Kərimi yazmaq üçün heç kimdən maddi köməklik almadığını deyir.