پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Nəcəfdə Şəbaniyyə mövludları münasibətilə bayram mərasimi keçirildi

Nəcəfdə Şəbaniyyə mövludları münasibətilə bayram mərasimi keçirildi


Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) mütəhhər hərəmində Şəbaniyyə mövludları münasibətilə xüsusi mərasim keçirilib.

 

İmamali saytına istinadən dəyərlər saytı xəbər verir ki, İmam Əlinin (ə) mütəhhər hərəminin qəyyumu Seyid Nizar Haşim Həbl Əl-Mətin, hərəminin müxtəlif idarələrinin əməkdaşları və xuddamlarının iştirak etdiyi mərasim, İmam Əlinin hərəminin qübbəsinin qarşısında keçirilib.

 

Əllərində güllərlə İmam Əlinin (ə) qübbəsinin qarşısında dayanan mərasim iştirakçıları Şəbaniyyə mövludları münasibətilə bir birindən gözəl surudlar, şeirlər və mədhiyyələr söyləyiblər.

 

Qeyd edək ki, "Mövludlar ayı" adlandırılan şəban ayının 3-ü İmam Hüseynin (ə), 4-ü Həzrət Əbülfəzl Abbasın (ə), 5-i İmam Zeynul Abidinin (ə), 11-i Həzrət Əli Əkbərin (ə) və 15-i İmam Məhdi Sahibəz-Zamanın (ə.f) mübarək mövludu günləridir.