جمعه 10 فروردین 1403

14 August 2023

Belçikada Mövludlar münasibətilə bayram şənliyi keçirilib

Belçikada Mövludlar münasibətilə bayram şənliyi keçirilib


İmam Hüseyn (ə), İmam Zeynəl-Abidin (ə) və Həzrət Abbasın  (ə) mövlud günləri münasibətilə Belçikanın iki şəhəri - Brüssel və Antverp şəhərlərində bayram şənliyi təşkil olunub. 

 

Maidə saytı xəbər verir ki,  Brüsseldə İmam Həsən (ə) adına olan mərkəzdə təşkil olunan mərasimdə bu şəhərdə yaşayan Əhli-beyt (ə) ardıcılları  və İmam Hüseyn (ə) hərəminin xidmətçiləri iştirak edib. 

 

Həm Brüssel və həm Antverp şəhərlərində təşkil olunan mərasimdə Quran tilavət olunub, Əhli-beyt (ə) şənində şeirlər və ilahilər oxunub.  

 

Tədbirin sonunda İmam Səccadın (ə) "Şəbaniyyə" ziyarəti oxunub. Daha sonra mərasim iştirakçıları ziyafətə qatılıb.