جمعه 31 فروردین 1403

14 August 2023

Almaniyada "Elm qapısı" məscidi istifadəyə verildi

Almaniyada "Elm qapısı" məscidi istifadəyə verildi


Almaniyada xüsusilə Türkiyə şiələrinin sıx yaşadığı Bielefeld şəhərində "Elm qapısı" dərnəyinin yeni məscidinin açılışı keçirilib.

 

Ehlibeytalimleri saytına istinadən dəyərlər saytı xəbər verir ki, məscidin açılışı mərasimi Qurani-Kərimdən ayələrin tilavət edilməsi ilə başlayıb. Daha sonra alimlərindən Ş. İsa Günəş bu günün əhəmiyyətindən danışaraq, ibadətgahların inşasının nə qədər mühüm olduğu bildirib. Eyni günlərə təsadüf edən Həzrət İmam Hüseyn (ə), Həzrət Əbülfəzl Abbas (ə) və İmam Zeynal Abidinin (ə) mübarək mövludlarının qeyd olunduğu açılış proqramı olduqca səmimi şəraitdə davam edib. Ziyafət süfrəsinin də verildiyi mərasim, sonda oxunan dualarla başa çatıb.