logo logo
  • تاریخ انتشار:‌ 1396/02/10 - 12:00 ق.ظ
  • چاپ
Həzrət Əbülfəzin hərəmi gül çələngləri ilə bəzəndi

Həzrət Əbülfəzin hərəmi gül çələngləri ilə bəzəndi

Həzrət Əbülfəzin hərəmi gül çələngləri ilə bəzəndi

İraqın Kərbəla şəhərindəki Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmində Şəban ayının daxil olması və Şəbaniyyə mövludlarının keçirilməsi münasibətilə bayram hazırlıqları görülüb.

 

"Mövludlar ayı" adlandırılan Şəban ayının 3-ü İmam Hüseynin (ə), 4-ü Həzrət Əbülfəzl Abbasın (ə), 5-i İmam Zeynul Abidinin (ə), 11-i Həzrət Əli Əkbərin (ə) və 15-i İmam Məhdi Sahibəz-Zamanın (ə.f) mübarək mövudlarının keçirilməsi üçün həzrətin hərəmi gül çələngləri, rəngli işıqlar və bayram bayraqları ilə bəzədilib.

 

Hərəm rəhbərliyi mövludlar münasibətilə xüsusi bayram tədbirləri və şənliklərin keçiriləcəyini açıqlayıb. Mövlud günlərini Kərbəla ziyarətgahlarında keçirmək üçün İraq daxilindən və xaricindən milyonlarla zəvvarın gələcəyi bildirilir. Xəbər dəyərlər saytına istinad edilir.

 

 

مطالب مشابه