پنج شنبه 13 اردیبهشت 1403

14 August 2023

Hollandiyanın İraqdakı səfiri Hz. Abbasın (ə) hərəmini ziyarət etdi

Hollandiyanın İraqdakı səfiri Hz. Abbasın (ə) hərəmini ziyarət etdi


Hollandiyanın İraqdakı səfiri Yan Valtmans Kərbəla şəhərindəki Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmini ziyarət edib.

Alkafeel-ə istinadən dəyərlər saytı xəbər verir ki, Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin baş katibi Seyid Məhəmməd Əl-Uşəykar bu barədə açıqlamasında qeyd edib.

Hollandiyalı səfir müqəddəs türbə tərəfindən həyata keçirilən əsas həyətin şüşəli tavanla örtülməsi, telekommunikasiya və müşahidə kameraları sistemi layihəsi, Al-Kafeel Nadir Əsərlər və Əlyazmaları Muzeyi layihəsi və s. layihələr haqqında məlumat alıb.

Səfir bildirib: "İraqda bir səfir kimi, İraqın şəhərlərini və xüsusilə də müqəddəs Kərbəlanı ziyarət etməyə bilməzdim. Çünki Kərbəla dini bir xarakterə malik və dünyanın müxtəlif yerlərindən gələn xeyli sayda ziyarətçinin yanında xüsusi bir statusa malikdir. Həqiqətən də buranı ziyarət etmək böyük bir fürsətdir. Şəhərin xüsusilə də dini baxımdan tarixi qədimliyi var və buranı ziyarət etmək mənim üçün böyük şərəfdir. Bu səfər Hollandiya ilə İraq arasındakı münasibətləri inkişaf etdirməyi və tərəflər arasındakı münasibətləri, xüsusilə də kənd təsərrüfatı sahəsində inkişaf etdirməyi qarşısına məqsəd qoymuşdur. Səfər çərçivəsində Kərbəla qubernatorunu, Şəhər Şurasını və Kərbəla Universitetini ziyarət etdim. İndi isə Həzrət Əbülfəzl Abbasın(ə) hərəminin qonağıyam və baş katib ilə görüşüb əməkdaşlıq yolları üzərində danışdıq".