چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

İmam Kazımın (ə) şəhadəti günü zəvvarlar Kazımeyn şəhərinə axışdı

İmam Kazımın (ə) şəhadəti günü zəvvarlar Kazımeyn şəhərinə axışdı


İraqın müxtəlif şəhərlərindən Əhli Beyt (ə) imamların yeddincisi İmam Museyi-Kazımın (ə) şəhadətinin növbəti ildönümünün anım mərasimləri üçün xüsusi bir fəallıq olub, milyonlarla bir zəvvar kütləsinin Kərbəla və Kazımeyn şəhərinə axışdığı bildirilir.

Alkafeel-ə istinadən dəyərlər saytı xəbər verir ki, piyada gələn zəvvarların Bağdada daxil olmağa başladığı bildirilir. Bu ana qədər təkcə 1.9 milyon zəvvarın Kazimeyn şəhərində daxil olduğu açıqlanıb.

 

İraqın baş naziri Heydər Əl-Əbadi də bu gün bölgəyə gələrək, matəm mərasimi tədbirlərinin təhülkəsizlik şəraitində təşkili və zəvvarlara lazım olan imkan və asayişin təmin edilməsi üçün həyata keçirilən işləri yerində nəzarət edib.

Aprelin 21-də Kazımeyn istiqamətinə gedən yolların birində bomba yerləşdirilmiş bir motosikletin təhlükəsizlik qüvvələri tərəfindən müəyyən olunaraq, zərərsizləşdirildiyi və motosikleti istifadə edən intiharçı terrorçunun isə öldürüldüyü açıqlanıb.