شنبه 1 اردیبهشت 1403

14 August 2023

Kazimeyndə terror hazırlayan vəhhabi qrup darmadağın edildi

Kazimeyndə terror hazırlayan vəhhabi qrup darmadağın edildi


İraq Təhlükəsizlik Qüvvələrinin paytaxt Bağdadın şimal nahiyyəsində apardıqları anti-terror əməliyyatları nəticəsində bir qrup vəhhabi terrorçu həbs edilib.

İraq Hərbi Təhlükəsizlik İdarəsi bu haqda bəyanat verərək, qondarma “İŞİD” terror təşkilatına bağlı “Şimali Bağdad Vilayəti” adlı terror qrupunun üzvlərinin həbs edildiyini və xeyli sayda odlu silahların kəşf edilərək müsadirə olunduğunu vurğulayıb.

İraq Hərbi Təhlükəsizlik İdarəsinin məsulu palkovnik Cavad əl Muhəmmədavi bildirib: “Hərbi Təhlükəsizlik İdarəsi İraq Milli Təhlükəsizlik İdarəsinin Bağdadın şimal nahiyyəsi üzrə Təhlükəsizlik şöbəsi ilə etdiyi əməkdaşlıq nəticəsində Bağdadın əl Tarimiyyə məntəqəsində “Şimali Bağdad Vilayəti” adı altında gizli fəaliyyət göstərən terror qruplaşmasını kəşf edərək bandanın bütün ünsürlərini həbs edib. Belə ki, Təhlükəsizlik Qüvvələri terror qruplaşmasının gizli qərərgahlarına qəfil basqın edərək xeyli sayda terrorçunu həbs etməklə yanaşı silah və partlayıcı maddələr də kəşf edərək zəbt etmişdir.”

Palkovnik Cavad əl Muhəmmədavi qeyd edib: “Vaxtında kəşf edilərək həbs edilən silahlı dəstə ünsürlərinin bildirblər ki, onların əsas hədəfləri İmam Musa Kazımın (əleyhi səlam) Şəhadətinin ildönümü günü Kazimeyn şəhərində xüsusilə də İmam Musai Kazımın (əleyhi səlam) müqəddəs hərəmində terror aktlarının həyata keçirməsi olub.”

Qeyd edək ki, İraq Hərbi Təhlükəsizlik İdarəsi verdiyi bəyanatda bildirib ki, həbs edilən vəhhabi terrorçuları sırasında qondarma “İŞİD” terror qruplaşmasının bir çox məsul şəxsləri o cümlədən, “İŞİD”-in İdari və Maliyyə işləri üzrə əmiri və Bağdadın əl Tarimiyyə məntəqəsində xeyli sayda İraq hərbiçilərini, polis əməkdaşlarını Şəhaid edən snayperçisi də vardır. Xəbəri Əhli-beyt agentliyi yayıb.