سه شنبه 4 اردیبهشت 1403

14 August 2023

Avropalı 47 xristian turist İmam Rzanın (ə) hərəmini ziyarət etdi

Avropalı 47 xristian turist İmam Rzanın (ə) hərəmini ziyarət etdi


Almaniya, Niderland, İsveçrə, Danimarka və Finlandiyadan gələn 47 xristian turist İmam Rzanın (ə) mütəhhər hərəmini ziyarət edib.

 

Dəyərlər saytı xəbər verir ki, ziyarətlə bağlı Asdan News-a açıqlama verən almaniyalı turist Frank Nayk Man belə deyib: "Qüds Rəzəvi ostanında edilən inşaat və memarlıq üslubu görənləri valeh edir, çünki buradakı memarlıq işləri 500 il əvvəlki memarlıq işlərinin davamıdır.

 

Turist qrupun nümayəndələrindən olan Jeo Oskard isə səfərlə bağlı belə danışıb: "Mən ikinci dəfədir ki, Müqəddəs Rəzəvui ostanına səfər edirəm və hər dəfə bu mübarək hərəminin xidmətçilərinin bizləri çox yaxşı qarşıladığını və çox təvazökar insanlar olması və ziyarətçilərlə çox yaxın münasibət qurduqlarını gördüm. Burada insanın daxili vəsf olunmaz mənəvi ruh yüksəkliyi ilə dolur və xristianların mənəvi məkanlarında olan duyğular, eynilə burada da təkrarlanır.