شنبه 8 اردیبهشت 1403

14 August 2023

İrandakı Beynəlxalq Quran Yarışında Azərbaycan təmsil olunur

İrandakı Beynəlxalq Quran Yarışında Azərbaycan təmsil olunur


Azərbaycanın respublikasının Quran fəallarından iki nəfəri İranın beynəlxalq Quran yarışlarında iştirak etmək üçün bu ölkədə səfərdədir.

Azərbaycan Respublikasının qiraət ustası Əlizaman Əliyev və Quran hafizi Anar Ağayev İİR-nın Vəqflər Nazirliyi və Xeyriyyə İşləri Təşkilatının keçirdiyi 34-cü beynəlxalq Quran yarışlarında iştirak edəcək.

İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışları aprel ayının 20-dən 29-dək Tehranın "Böyük Müsəlla"sında təşkil olunacaq.

İranda keçiriləcək  34-cü beynəlxalq Quran yarışlarında 80 ölkədən 400 xarici qonaq iştirak edəcək. Onlardan 283 nəfəri yarışma iştirakçısıdır.

Bu il keçiriləcək beynəlxalq Quran yarışında qadınlar, uşaqlar və gözdən əlillər üçün ayrıca yarışlar təşkil olunacaq.